Yuxarı

Neftçalada tapılan kişi meyiti Bakıya gətirilir - VİDEO

Onun bir neçə əlaməti itkin düşən neftçilərdən ikisinin əlamətləri ilə eynidir

Neftçala. 22 fevral. REPORT.AZ/ Xəzər dənizinin Neftçala hissəsində tapılan naməlum kişi meyiti ekspertizadan keçirilmək üçün Bakıya gətirilir. "Report"un bölgə müxbirinin veridiyi məlumata görə, naməlum kişi meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan Rayonlararası Zona Mərkəzində müayinə olunub.

Dəvət olunan ekspert Əlimuxtar Həsənzadə "Report"a bildirib ki, meyit tanınmaz halda olsa da, əlamətlərini müəyyən etmək mümkün olub: "Meyit orta yaşlı, dolu bədənlidir və təxminən 175 santimetr boyu var. Hesab olunur ki, ağ saçlıdır və başının tükünün tökülməsi müşahidə olunub".

Meyitə baxmaq üçün dəvət olunan neftçi Rəşid Hüseynov "Report"a bildirib ki, ilkin rəylərə görə meyitin bir neçə əlaməti itkin düşən neftçilərdən ikisinin əlamətləri ilə eynidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi