Neftçalada orta yaşlı qadın özünü asıb - YENİLƏNİB

Neftçalada orta yaşlı qadın özünü asıb - YENİLƏNİB Neftçala rayonunda özünü asarq intihar edən gənc qadının şəxsiyyəti məlum olub.
Hadisə
25 May , 2019 08:47
Neftçalada orta yaşlı qadın özünü asıb - YENİLƏNİB

Neftçala rayonunda özünü asarq intihar edən gənc qadının şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Xəzərkənd kənd sakini, 1989-cu il təvəllüdlü Sərhədova Turanə Gülhüseyn qızı həyətdəki yarımtikilidə özünü asaraq özünü öldürüb.

Hadisənin əsl səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



*** 07:21


Neftçala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonunun Xəzərkənd kəndi ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc qadın özünü asaraq intihar edib. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi