Neftçalada yol qəzası olub, ölən var - YENİLƏNİB

Neftçalada yol qəzası olub, ölən var - YENİLƏNİB Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
27 Aprel , 2019 18:37
Neftçalada yol qəzası olub, ölən var - YENİLƏNİB

Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sübh adasında, Xəzər dənizi yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Hadisə zamanı Qırmızı Şəfəq kənd sakini, 1971-ci il təvəllüdlü Ələkbərov Vüqar Əliabbas oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.


*** 16:21

Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Ölən və yaralanan şəxsin kimlikləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi