Neftçalada narkotiklə saxlanılan şəxsin oğurluq etdiyi üzə çıxıb - FOTO

Neftçalada narkotiklə saxlanılan şəxsin oğurluq etdiyi üzə çıxıb - FOTO Yerli sakin qonşunun 2 baş xırdabuynuzlu heyvanını oğurlayıb
Hadisə
1 Fevral , 2018 23:11
Neftçalada narkotiklə saxlanılan şəxsin oğurluq etdiyi üzə çıxıb - FOTO

Neftçala. 1 fevral. REPORT.AZ/ Neftçalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin oğurluq etdiyi də üzə çıxıb.

“Report”un Aran bürosu xəbər verir ki, Neftçala polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Bankə qəsəbə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Baxış Sərraf oğlunun üzərində şəxsi axtarış aparılarkən 28,5 qram çəkidə narkotik vasitə olan həşiş qətranına oxşar kütlə aşkar edilərək götürülüb.

İlkin istintaq zamanı məlum olub ki, Baxış Hüseynov Bankə qəsəbəsinin sakini Eyvazov Mirələm Əlisəftər oğluna məxsus həyətyanı sahəsindəki tövlədən 2 baş xırdabuynuzlu heyvanı oğurlayaraq 300 manat dəyərində ona ziyan vurub.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində cinayət işi qaldırılıb, istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi