Neftçalada naməlum kişi meyiti tapılıb

Neftçalada naməlum kişi meyiti tapılıb Hazırda Neftçala Rayon Prokurorluğunda onun şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə araşdırma aparılır
Hadisə
3 Avqust , 2016 09:45
Neftçalada naməlum kişi meyiti tapılıb

Bakı. 3 avqust. REPORT.AZ/ Neftçala rayonunda naməlum kişi meyiti tapılıb. "Report"un Aran bürosunun məlumatına görə, naməlum meyit Yeni Mayaq kəndi ərazisində, Xəzər dənizi sahillərində aşkarlanıb. 

Meyit təcili tibbi yardım maşını ilə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

Hazırda Neftçala Rayon Prokurorluğunda onun şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi