Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var

Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var Neftçala. 16 may. REPORT.AZ/ Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 May , 2018 08:02
Neftçalada motosiklet avtomobillə toqquşub, xəsarət alan var

Neftçala. 16 may. REPORT.AZ/ Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, Həsənabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Fərəcov Rüfət Bilal oğlu idarə etdiyi motosikletlə Salyan-Neftçala yolunda hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi