Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var.
Hadisə
29 Aprel , 2024 18:15
Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Həsənabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “KaMaz” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan rayon sakini, 1994-cü il təvəllüdlü Əzizov Aqşin Namiq oğlu və onun həyat yoldaşı, 2002-ci il təvəllüdlü Əzizova Günel Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

18:10

Neftçalada minik və yük avtomobilləri toqquşub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Neftçala rayonunun Həsənabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ZİL” markalı yük avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşub, 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi