Neftçalada minik avtomobili ilə su maşını toqquşub, xəsarət alan var

Neftçalada minik avtomobili ilə su maşını toqquşub, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Dekabr , 2016 21:02
Neftçalada minik avtomobili ilə su maşını toqquşub, xəsarət alan var

Neftçala. 14 dekabr. REPORT.AZ/ Neftçala rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Aşağı Qaramanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 24 yaşlı Zeynalabdin Arif oğlu Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili su maşını ilə toqquşub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ-2107”nin sürücüsü Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi