Neftçalada kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb

Neftçalada kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb Hadisə rayonun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb
Hadisə
18 Aprel , 2018 07:51
Neftçalada kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb

Neftçala. 18 aprel. REPORT.AZ/ Neftçala rayonunda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri ilə Salyanın Şorsulu kənd sakinləri arasında dava düşüb. 

Nəticədə Neftçalanın 1988-ci il təvəllüdlü Xolqarabucaq kənd sakini Quliyev Vüsal Əzizağa oğlu, 1985-ci il təvəllüdlü Qırmızıkənd kənd sakini Əsgərov Valid Həsənqulu oğlu və Salyanın 1994-cü il təvəllüdlü Şorsulu kənd sakini Mirzəyev Baba İsmayıl oğlu bıçaqlanaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hər üç yaralı əməliyyat olunaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hələlik hadisənin baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi