Neftçalada kollektorda batan ata və oğlunun meyiti tapıldı - YENİLƏNİB

Neftçalada kollektorda batan ata və oğlunun meyiti tapıldı - YENİLƏNİB Neftçala rayonunda su kanalında batan ata və oğulun meyiti sudan çıxarılıb.
Hadisə
6 Aprel , 2020 20:13
Neftçalada kollektorda batan ata və oğlunun meyiti tapıldı - YENİLƏNİB

Neftçala rayonunda su kanalında batan ata və oğulun meyiti sudan çıxarılıb.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında rayon ərazisində Baş Mil-Muğan kollektorunda boğulan rayonun Astanlı kənd sakinləri - Əsgərov Nurlan Aslan oğlu və onun 5 yaşlı oğlu Əsgərov Aslan Nurlan oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, onlar kollektorda balıq tutarkən boğulublar.

Faktla bağlı araşdırma aparılır.


***17:37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunun Astanlı kəndində 2 nəfərin su kanalına düşməsi barədə məlumat daxil olub.

"Report"un xəbərinə görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi