Neftçalada fərdi yaşayış evində yanğın olub

Neftçalada fərdi yaşayış evində yanğın olub 2 otaqlı evin 1 otağı tamamilə yanıb
Hadisə
12 Mart , 2015 19:58
Neftçalada fərdi yaşayış evində yanğın olub

Bakı. 12 mart. REPORT.AZ/ Neftçalanın Qaramanlı kəndində fərdi yaşayış evində yanğın olub. "Report" Föqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, birmərtəbəli 2 otaqlı evin 1 otağı yanıb. 

Evin ümumi sahəsi 42 kv.m olub və 32 kv.m sahənin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğın söndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğının digər evlərə keçməsinin qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi