Neftçalada evin çardağına yığılmış 1200 ədəd ot bağlaması yanıb - FOTO

Neftçalada evin çardağına yığılmış 1200 ədəd ot bağlaması yanıb - FOTO Hadisə günorta saatlarında baş verib
Hadisə
24 Sentyabr , 2017 16:48
Neftçalada evin çardağına yığılmış 1200 ədəd ot bağlaması yanıb - FOTO
Foto: Report.az

Neftçala. 23 sentyabr. REPORT.AZ/ Neftçalada yanğın hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında rayonun Qazax bərəsi kəndində qeydə alınıb.

Kənd sakini, 62 yaşlı Nurəddin Abdullayevə məxsus çardaqda yığılmış ot tayası anidən alovlanıb. Hava küləkli olduğundan yanğının əhatə dairəsi daha da genişlənib. Bu barədə məlumat daxil olan kimi, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq 1200 ədəd ot bağlaması yanıb və ev sahibinə xeyli miqdarda ziyan dəyib. Yanğının başvermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi