​Neftçalada ər və arvad döyülərək bıçaqlanıb

​Neftçalada ər və arvad döyülərək bıçaqlanıb Hadisə ailə münaqişəsi zəminində baş verib
Hadisə
4 Oktyabr , 2015 09:46
​Neftçalada ər və arvad döyülərək bıçaqlanıb

Bakı. 4 sentyabr. REPORT. AZ/ Neftçala rayonunda ərin bıçaqlanması və həyat yoldaşının döyülməsi ilə nəticələnən hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Şorkənd kəndində qeydə alınıb.

1969-cu il təvəllüdlü kənd sakini Füzuli Sahib oğlu Piriyev ailə münaqişəsi zəminində gəlininin əmisi tərəfindən bıçaqlanıb, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Şərafət Qurban qızı Piriyeva isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi