Neftçalada ildırım çobanı vuraraq öldürüb - YENİLƏNİB

Neftçalada ildırım çobanı vuraraq öldürüb - YENİLƏNİB Neftçala rayonunda ildırım vurması nəticəsində ağır xəsarət alaraq xəstəxanada ölən şəxsin adı məlum olub.
Hadisə
10 Sentyabr , 2019 21:17
Neftçalada ildırım çobanı vuraraq öldürüb - YENİLƏNİB

Neftçala rayonunda ildırım vurması nəticəsində ağır xəsarət alaraq xəstəxanada ölən şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlunu ildırım vurub. İlkin məlumata görə, çöldə qoyun otaran çobanlar 5 nəfər olublar. İldırım aralarına düşdüyündən zərbədən hamısı yerə yıxılıb. Digər dörd nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb. Lakin V.Gərayevin vəziyyəti ağır olduğundan o, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V. Gərayev xəstəxanada keçinib.

V.Gərayev əslən Şamaxı rayonundandır.


*** 18:12

Neftçalada çobanı ildırım vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Tatarməhlə kəndindəki obada baş verib.

Obada çoban işləyən, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanı ildırım vurub. O, ağır bədən xəsarəti alıb. Yaralı şəxs ətrafdakıların köməkliyi ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi