Neftçalada beton parçası 7 yaşlı uşağın üstünə düşüb

Neftçalada beton parçası 7 yaşlı uşağın üstünə düşüb Neftçala. 18 iyun. REPORT.AZ/ Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə
18 İyun , 2018 23:26
Neftçalada beton parçası 7 yaşlı uşağın üstünə düşüb

Neftçala. 18 iyun. REPORT.AZ/ Neftçalada azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Xolqarabucaq kəndində qeydə alınıb.

Belə ki, evin divarından qopan beton daş parçası 2011-ci il təvəllüdlü Xankişizadə Məhəmməd Ceyhun oğlunun üstünə düşüb. Ağır xəsarət alan azyaşlı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan M. Xankişizadə cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi