Neftçalada avtomobil piyadanı vurub

Hadisə
  • 24 iyun, 2019
  • 04:41
Neftçalada avtomobil piyadanı vurub

Neftçala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayon sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Qulu Rəşid oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Avtomobilin sürücüsü yaralını Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.