Yuxarı
    Bağlamaq

    Neftçalada avtomobil motosikletlə toqquşub, 4 nəfər yaralanıb

    Yaralıların ikisi qadındır

    Neftçala. 2 mart. REPORT.AZ/ Neftçalada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    "Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunda rayonun Xıllı Nərə Balıqartırma Zavodunun yaxınlığında qeydə alınıb.

    Minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 4 nəfər - rayonun Kürqarabucaq kənd sakinləri, 32 yaşlı Gülmira Samid qızı Səlimova, 11 yaşlı Günel Elşən qızı Səlimova və hələlik adları məlum olmayan digər 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin tibbi yardımdan sonra zərərçəkənlər Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi