Neftçalada avtomobil beton maneəyə çırpılıb, 1 nəfər xəsarət alıb

Neftçalada avtomobil beton maneəyə çırpılıb, 1 nəfər xəsarət alıb Neftçalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
12 May , 2021 22:26
Neftçalada avtomobil beton maneəyə çırpılıb, 1 nəfər xəsarət alıb

Neftçalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Mirqurbanlı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Seymur Zabil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi yolun kənarındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi