Neftçalada 8 yaşlı uşaq dərman içərək zəhərlənib

Neftçalada 8 yaşlı uşaq dərman içərək zəhərlənib Hadisə rayonun Qaçaqkənd kəndində qeydə alınıb
Hadisə
11 Avqust , 2017 08:23
Neftçalada 8 yaşlı uşaq dərman içərək zəhərlənib

Neftçala. 11 avqust. REPORT.AZ/ Neftçalada azyaşlı uşaq zəhərlənib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 8 yaşlı Vəzifə Vüsal qızı Rəcəbli özü də bilmədən stolun üstünə qoyulmuş dərman həblərindən bir neçəsini udaraq zəhərlənib. Azyaşlı qız yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi