Neftçalada 8 yaşlı qız zəhərlənib

Neftçalada 8 yaşlı qız zəhərlənib Vəziyyəti ağır olduğundan uşaq reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə
27 Sentyabr , 2015 09:10
Neftçalada 8 yaşlı qız zəhərlənib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Neftçala rayonunda 8 yaşlı qız uşağı zəhərlənib. "Report" xəbər verir ki, hadisə Neftçala rayonunun Aşağı Surra kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Fatimə Əlvan qızı Ramazanlı atasının heyvanlar üçün aldığı fosfor üzvi birləşmə dərmanıı bilmədən içərək zəhərlənib. Azyaşlı uşaq dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırlıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi