Neftçalada 42 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib

Neftçalada 42 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib Neftçala. 28 dekabr. REPORT.AZ/ Neftçala sakini intihara cəhd edib.
Hadisə
28 Dekabr , 2017 16:56
Neftçalada 42 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib

Neftçala. 28 dekabr. REPORT.AZ/ Neftçala sakini intihara cəhd edib.

“Report”un Aran bürosu xəbər verir ki, əslən Quba rayonundan olan və Neftçalanın Həsənəbad qəsəbəsində yaşayan, 42 yaşlı Elşən Gülbaba oğlu Orucov özünü yandıraraq intihara cəhd edib. 

Yaxınlıqdakı adamlar tərəfindən alov söndürülərək yaralı Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra xəstənin vəziyyəti ağır olduğundan o, paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi