Neftçala. 4 mart. REPORT.AZ/ Neftçalada intihar hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə rayonun Qədimkənd kəndində baş verib.
Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elsevər Soltanəziz oğlu özünü yaşadığı evin həyətində asıb. İyirmi səkkiz yaşlı sakinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.