Neftçalada 28 yaşlı balıqçı dənizdə boğulub

Neftçalada 28 yaşlı balıqçı dənizdə boğulub O, Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində balıq tuturmuş
Hadisə
3 Avqust , 2017 19:48
Neftçalada 28 yaşlı balıqçı dənizdə boğulub

Neftçala. 3 avqust. REPORT.AZ/ Neftçala rayonunda 28 yaşlı balıqçı dənizdə boğulub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Yeniqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Həsənabad kənd sakini Təbriz Havasət oğlu Bağırov Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində balıq tutarkən suda boğulub. 

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi