Neftçalada 1 yaşlı körpə anasının qucağında bədbəxt hadisə nəticəsində ölüb

Neftçalada 1 yaşlı körpə anasının qucağında bədbəxt hadisə nəticəsində ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
12 Avqust , 2017 22:17
Neftçalada 1 yaşlı körpə anasının qucağında bədbəxt hadisə nəticəsində ölüb

Neftçala. 12 avqust. REPORT.AZ/ Neftçalada 1 yaşlı körpəni elektrik cərəyanı vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonundan kəndə qonaq gələn 1 yaşlı Damla Roman qızı Qurbanlı anasının qucağında ikən qəfildən elektrik məftilinə əl atıb. Nəticədə elektrik cərəyanı körpəni vuraraq oldürüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi