Neftçala. 19 aprel. REPORT.AZ/ Neftçala sakini özünü bıçaqlayıb.
"Report"un Aran bürosu xəbər verir ki, rayonun Kürqarabucaq kənd sakini, 1986-cı il təvəllüdlü Cahangir Əsəd oğlu Quliyev özünə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.
Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.