Neftçala sakini külli miqdarda narkotik maddə ilə saxlanılıb - FOTO

Neftçala sakini külli miqdarda narkotik maddə ilə saxlanılıb - FOTO Onun evində iki ədəd qanunsuz silah da aşkar olunub
Hadisə
24 Mart , 2017 20:48
Neftçala sakini külli miqdarda narkotik maddə ilə saxlanılıb - FOTO

Neftçala. 24 mart. REPORT.AZ/ Neftçala rayonunda yerli sakinin evindən küllü miqdarda narkotik maddə aşkar olunub.

“Report”un Aran bürosu xəbər verir ki, bu, Neftçala rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında aparfığı əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub.

Əməliyyat nəticəsində rayonun 1-ci Qaralı kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Nizami Hacı oğlu Dadanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman birinci mərtəbədə şkaflarda gizlədilmiş müxtəlif sellofan bağlamalarda, bankalarda və kibrit qutularında təxminən 2,5 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bununla yanaşı evdə qanunsuz saxlanılan 12 və 16 kalibrli ov tüfəngi də aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə narkotik maddələr və ov tüfəngləri maddi sübut kimi götürülərək şöbəyə aparılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin təhqiqat qurupunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi