Neftçalada 29 yaşlı gənc güllələnib - YENİLƏNİB

Hadisə
  • 19 iyun, 2019
  • 04:30
Neftçalada 29 yaşlı gənc güllələnib - YENİLƏNİB

Neftçala rayonunun Astanlı kəndi ərazisində baş verən silahlı insident zamanı xəsarət alan şəxsin adı məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.

Faktla bağlı araşdırma aparılır.


*** 07:58

Neftçala rayonunda silahlı insident olub.

"Report" Aran bürosu xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan gənc oğlan naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı gənc Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.