Neftçala. 3 sentyabr. REPORT.AZ/ Neftçalada 23 yaşlı gənc atdan yıxılaraq xəsarət alıb.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Səfərov Təhmasib Valeh oğlu at çaparkən yerə yıxılaraq xəsarət alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.