Yuxarı
    Bağlamaq

    Nazirlik: "Telemexanika" zavodunda xəsarət alan 6 nəfər hazırda həkim nəzarəti altındadır

    Bəzi informasiya agentlikləri xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar və bu təəssüf doğurur

    Bakı. 7 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyi iyulun 6-da "Telemexanika" zavodunun sexlərinin birində baş verən qəzada xəsarət alanların səhhəti ilə bağlı məsələyə aydınlıq gətirib. 

    Nazirlikdən "Report"a bildirilib ki, hadisə ilə bağlı rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi informasiya agentlikləri hadisə nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ictimaiyyətə yanlış informasiyalar çatdırırlar: "Bu da təəssüf doğurur. Müdafiə Sənayesi Nazirliyi bir daha bildirir ki, hadisə zamanı xəsarət alan altı nəfər hazırda həkim nəzarəti altındadır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi