Nazirlik FHN əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Nazirlik FHN əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) ötən gün baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
Hadisə
31 oktyabr 2019 08:57
Nazirlik FHN əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) ötən gün baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Ü.Vəliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub. 

Son xəbərlər

Orphus sistemi