Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisi hökmdən narazıdır

Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisi hökmdən narazıdır Külli miqdarda dələduzluqda təqsirli bilinən Elmar Məlikovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.
Hadisə
2 Sentyabr , 2019 15:21
Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisi hökmdən narazıdır

Külli miqdarda dələduzluqda təqsirli bilinən Elmar Məlikovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun icraatında olan iş üzrə ilkin baxış iclası sentyabrın 4-nə təyin edilib.

Qeyd edək ki, E.Məlikov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, E.Məlikov bankda çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda, "Accessbank" ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib. O, bu yolla zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.

Bu məqsədlə T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə, 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla, ümumilikdə, 180 min manat alaraq dələduzluq edib.

Xatırladaq ki, zərərçəkmiş M.Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.

Son xəbərlər

Orphus sistemi