Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb

Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb Kərim Səlimov yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib
Hadisə
31 Oktyabr , 2016 12:23
Nazirlik əməkdaşı ehtiyatsızlıqdan güllə yarası alıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Saatlı rayon ərazi şöbəsinin məsləhətçi-müfəttişi ehtiyatsızlıqdan güllə yarası alıb. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, oktyabrın 30-da nazirlyin əməkdaşı Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davranıb və açılan atəşdən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. 

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən "İJ-27" markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi