Nazir müavini Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqlayıb 

Nazir müavini Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqlayıb  Azərbaycan Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyəyə yola salınıb".
Hadisə
31 İyul , 2021 20:18
Nazir müavini Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqlayıb 

"Azərbaycan Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyəyə yola salınıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"Bildiyiniz kimi, dünən bizim birinci dəstəmiz Türkiyəyə yola salınıb. Hazırda onlar Marmarisdən 11 km aralıda yanğına qarşı mübarizə aparırlar. Bu gün aldığımız məlumata görə, yanğın davam edir, bizim əməkdaşlar yerli əməkdaşlarla birlikdə koordinasiya şəklində yanğını söndürməyə çalışırlar" - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, meşə yanğınları adi ev yanğınlarına bənzəmir:

"Havanın hərarətinin 40-45 dərəcə olmasını və dağlıq zonada hündür şam ağaclarının alovlanmasını, eləcə də yanğının sürətlə yayılmasını və şiddətini nəzərə alaraq yanğına qarşı mübarizə, əlbəttə, çətindir. Amma buna baxmayaraq, Türkiyədə olan yerli mütəxəssislərlə bizim mütəxəssislər birlikdə yanğının lokallaşdırılması və qarşısının alınması üçün çalışır" - deyə nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi