"Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin təxliyyə və xilasetməsində böyük çətinliklərlə rastlaşırıq. Bu çətinlikləri daha çox xilasedicilər hiss edir".
"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, bu cür şəxslərin səs çıxarma və hərəkət etməsi ilə bağlı bir sıra çətinliklər müşahidə olunur: "Adətən səs çıxarılanda xilasedicilər insanları daha tez təxliyyə edə bilir. Amma bu olmayanda xilasedicilər otaqları bir-bir gəzməyə məcbur olur. Bəzən xilasedicilər hansısa hündürmərtəbəli binadan əlilliyi olan şəxsləri öz kürəyində aşağı düşürürlər".
Nazirliyin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva isə qeyd edib ki, son illər Azərbaycanda evlərdə elektrik cihazlarının sayı dəfələrlə artıb: "Bu da uşaqlı ailələrdə riskləri artırır. Bundan başqa, son zamanlar bağlı qapı arxasında qalan uşaqlarla bağlı