Nazir müavini: "Azərbaycan yanğınsöndürənləri Muğlada 3 istiqamətdə yanğını söndürür"

Nazir müavini: "Azərbaycan yanğınsöndürənləri Muğlada 3 istiqamətdə yanğını söndürür" "Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə - Marmaris şəhərinin Kavaklı, İlanlı və Çayhisara yönləndiriliblər".
Hadisə
4 Avqust , 2021 15:46
Nazir müavini: Azərbaycan yanğınsöndürənləri Muğlada 3 istiqamətdə yanğını söndürür
Etibar Mirzəyev

"Bu gün səhər saatlarında Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin idarəetmə mərkəzindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 istiqamətə - Muğla şəhərinin Kavaklı, İlanlı və Çayhisara yönləndiriliblər".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda həmin istiqamətlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürürlər: "Burada yanğınların söndürülməsi işləri görülür. Qeyd edim ki, bu istiqamətdə bizim helikopter fəaliyyətdədir".

Son xəbərlər

Orphus sistemi