Nazir müavini: "Türkiyədəki zəlzələ bizim üçün məktəb oldu, səhvlərdən nəticə çıxarmaq lazımdır"

Nazir müavini: "Türkiyədəki zəlzələ bizim üçün məktəb oldu, səhvlərdən nəticə çıxarmaq lazımdır" "Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır".
Hadisə
6 İyun , 2023 12:01
Nazir müavini: Türkiyədəki zəlzələ bizim üçün məktəb oldu, səhvlərdən nəticə çıxarmaq lazımdır
Etibar Mirzəyev

"Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır".

"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII Beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Türkiyədə baş verən zəlzələdən sonra xilasedicilərimiz gecə-gündüz, 24 saat fasiləsiz xilasetmə əməliyyatları həyata keçirib", - E.Mirzəyev qeyd edib.

O bildirib ki, xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 780 insan cəsədi, 53 sağ insan çıxarılıb:

"Üç mindən artıq insana tibbi, 20 mindən çox insana isə qida yardımı edilib".

Nazir müavini vurğulayıb ki, binaları inşa edən zaman daha çox diqqət etmək lazımdır:

"Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır. Bina nə qədər möhkəm olsa, insan həyatı üçün təhlükə də az olar" - nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi