Nəsimi Rayon Məhkəməsində Səhiyyə naziri
Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda O.Şirəliyevin şikayətini geri götürdüyü elan edilib.
Bu səbəbdən xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməyib.
Xatırladaq ki, Teymur Kərimov mayın 18-də
Səhiyyə Nazirliyi isə açıqlama yayaraq T.Kərimovun dediklərini təkzib edib.
O.Şirəliyev isə məhkəmədə xüsusi ittiham qaydasında şikayət qaldıraraq T.Kərimovun Nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə günahlandırdığını bildirib.
Nazir T.Kərimovun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın verilməsini istəyirdi.
Qeyd edək ki, T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.