Yanvarda Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər zamanı muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 23 əcnəbi aşkarlanıb.
Bu barədə “Report” Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb
Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 329 müraciət qeydə alınıb. Müraciətlərdən 116-sı əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğulluq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.