Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Ötən ay Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb.
Hadisə
851
5 Sentyabr , 2018 23:36
Naxçıvanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ötən ay Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 24 əcnəbi aşkarlanıb.

"Report" Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşkarlanmış əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.

Ümumilikdə ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1067 müraciət daxil olub. Bu müraciətlərdən 99-u əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.  

Son xəbərlər

Orphus sistemi