Yuxarı

Naxçıvanda “KamAZ” piyadanı vuraraq öldürüb

Şərur Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır

Bakı. 23 iyun. REPORT.AZ/ Naxçıvanda “KamAZ” piyadanı vuraraq öldürüb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyunun 21-də saat 7 radələrində muxtar respublikanın Şərur rayonunun Vərməziyar kəndində rayon sakini Vilayət Cabbarov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi İbrahim İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada iyunun 22-də orada ölüb.

Şərur Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi