Naxçıvanda avtomobil velosipedçini vuraraq öldürüb

Naxçıvanda avtomobil velosipedçini vuraraq öldürüb Naxçıvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
194
18 May , 2021 12:30
Naxçıvanda avtomobil velosipedçini vuraraq öldürüb

Naxçıvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 16-da saat 20 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini A.Niftəliyev idarə etdiyi “Great Wall” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Xəyal İsmayılovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən X.İsmayılov mayın 17-də orada ölüb.

Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi