Naxçıvanda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Naxçıvanda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Naxçıvanda sevgilisini qətlə yetirən Elnur Cəfərovun məhkəməsi başlayır.
Hadisə
1 Fevral , 2023 09:50
Naxçıvanda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Naxçıvanda arvadını qətlə yetirməkdə təqsirləndirilən Elnur Cəfərovun məhkəməsi başlayır.

"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçiriləcək iclas fevralın 2-nə təyin edilib.

İş hakim İsfəndiyar Nağıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Şərur rayonunun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, E.Cəfərov arvadı, 1978-ci il təvəllüdlü Vüsalə Hüseynovanı bıçaqlayaraq öldürməkdə şübhəli bilinir.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi