Naxçıvanda ağır yol qəzasında 3 nəfər öldü

Naxçıvanda ağır yol qəzasında 3 nəfər öldü Naxçıvanda yol qəzası baş verib.
Hadisə
21 Fevral , 2020 13:04
Naxçıvanda ağır yol qəzasında 3 nəfər öldü
Pexels.com

Naxçıvanda yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fevralın 20-də, saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri - N.Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə.Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. Nəticədə R.Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T.Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə.Məmmədovun sərnişini olan arvadı A.Məmmədova xəstəxanaya yerləşdiriliblər. 

Ç.Hüseynova, T.Hüseynova və azyaşlı orada ölüb.

Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi