Naxçıvan şəhər sakini tapdığı silah-sursatı polislərə təhvil verib

Naxçıvan şəhər sakini tapdığı silah-sursatı polislərə təhvil verib Faktla bağlı araşdırma aparılır
Hadisə
124
21 Noyabr , 2014 13:25
Naxçıvan şəhər sakini tapdığı silah-sursatı polislərə təhvil verib
Bakı. 21 noyabr. REPORT.AZ/ Naxçıvan şəhər sakini tapdığı silah-sursatı polislərə təhvil verib. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, şəhər sakini İlham Hüseynov tapdığı 2 ədəd "ORTSAN" markalı ov tüfəngini və 1 ədəd "F-1" qumbarasını könüllü olaraq Naxçıvan Muxtar Respublikası DİN-in Mühafizə Şöbəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi