Naxçıvan FHN-ə yeni avtomobillər və avadanlıqlar təqdim edilib
- 16 fevral, 2023
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Fövqəladə Hallar Nazirliyinə yeni avtomobillər və avadanlıqlar təqdim edilib.
“Report”un yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan FHN-ə müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, yüklərin və köməkçi materialların daşınması üçün avadanlıqları ilə birlikdə 1 “Nissan Patrol” markalı, 2 “Niva Travel” markalı və 1 “QAZEL” markalı avtomobil verilib.
Həmçinin nazirliyə 35, 55, 77 və 90 KVA gücündə 5 generator, müxtəlif həcmdə yanğınsöndürmə balonları, məişət avadanlıqları, mövsümə uyğun geyim dəstləri, xüsusi geyim formaları və digər texniki vasitələr olmaqla 91 adda müxtəlif təyinatlı avadanlıqlar verilib.