Naxçıvan Dövlət Universitetinin professoru vəfat edib

Naxçıvan Dövlət Universitetinin professoru vəfat edib Yavuz Axundlu 90 yaşında dünyasını dəyişib
Hadisə
15 Avqust , 2017 09:41
Naxçıvan Dövlət Universitetinin professoru vəfat edib

Bakı. 15 avqust. REPORT.AZ/ Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yavuz Axundlu vəfat edib.

“Report”un məlumatına görə, o, 90 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Y.Axundlu 1927-ci ildə Ordubad şəhərində anadan olub. 1947-ci ildə Naxçıvan Dövlət Müəllimlər institutunun tarix-filologiya, 1952-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Uzun illər orta məktəblərdə işləyib, 1964-ci ildə namizədlik dissertasiyası müdafiə edib.

Y.Axundlu 1967-ci ildən Naxçıvan Dövlət Universitetində çalışıb. Müxtəlif illərdə tədris və elmi işlər iizrə prorektor, fakültə dekanı işləyib. 1970-ci ildən həmin universitetdə ədəbiyyat kafedrasının müdiri olub.

O, həm də Məmməd Səid Ordubadi irsinin tədqiqatçısı olub.  

Son xəbərlər

Orphus sistemi