Natiq Əliyevin nəşi Bakıya gətirilib

Natiq Əliyevin nəşi Bakıya gətirilib Onun nəşini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanına enib
Hadisə
10 İyun , 2017 09:44
Natiq Əliyevin nəşi Bakıya gətirilib

Bakı. 10 iyun.REPORT.AZ/ İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Azərbaycan energetika naziri Natiq Əliyevin nəşi xüsusi təyyarə ilə Bakıya gətirilib.

“Report” xəbər verir ki, onun nəşini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanına enib.

Nazirlə vida mərasimi bu gün saat 12:00-da Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsiliumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə ilə Türkiyəyə aparılıb.

O, İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib.

Son xəbərlər

Orphus sistemi