​Natiq Cəfərlinin apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

​Natiq Cəfərlinin apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
17 Avqust , 2016 16:32
​Natiq Cəfərlinin apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, N.Cəfərlinin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən təqsirli bilinir.

Son xəbərlər

Orphus sistemi