Yuxarı
    Bağlamaq

    ​Natiq Cəfərli barəsində həbs-qətimkan tədbiri seçilib - YENİLƏNİB

    O, qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur

    Bakı. 13 avqust. REPORT.AZ/ Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

    "Report"un məlumatına görə, bu barədə qərar Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

    Qeyd edək ki, o, qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur. 


    ***00:02 

    Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.

    “Report”un xəbərinə görə, bu barədə vəkil Cavad Cavadov məlumat yayıb. 

    Vəkil Natiq Cəfərlinin saxlanılmasının səbəbi ilə bağlı məlumata malik olmadığını deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi