Yuxarı

Narkotik maddələrin dövriyyəsində təqsirləndirilən qadına hökm oxunub

Məhkəmənin hökmü ilə Mehriban Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü M.Hüseynova Gəncədən Bakıya gələrkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində baxış aparılarkən 3 kilodan çox marixuana aşkarlanıb.

M.Hüseynova Cinayət Məcəlləsinin 234-cü (narkotik) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi